Ceyhun Bayramov Mirzoyanla GÖRÜŞƏCƏK 

09:41 10.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirəcək.

 

Hafta.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

 

Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda görüşəcək. Görüşdə ABŞ dövlət katibi Entoni Blenkenin də iştirakı gözlənilir.

Qeyd edək ki, hər iki ölkənin xarici işlər nazirləri NATO sammitində iştirak etmək üçün Vaşinqtonda səfərdədir.